8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyan tədbirdə bank-maliyyə sektorunun nümayəndələri ilə yanaşı, “CPM-İnvest İnvestisiya Şirkəti” ASC də iştirak edib.
![]()
![]()
Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, ekoloji məsuliyyətin təşviqi, ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha sağlam, yaşıl və dayanıqlı mühitin formalaşdırılması hədəflənib.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişafın təşviqinə, ekoloji təşəbbüslərin dəstəklənməsinə və ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirir.