İcraçı direktorun müavini
Cəfərov Tural Müzəffər oğlu 1990-cı ildə anadan olmuşdur. 2012-ci ildə Sumqayıt Dövlət Universitetində Kimya fakultəsi üzrə bakalavr dərəcəsi, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi (qiymətli kağızlar üzrə, MBA) ixtisası üzrə magistr dərəcəsini bitirmişdir. T.Cəfərov 2013-2015-ci illərdə "Çelsi Kapital" MMC-də müxtəlif vəzifələrdə, 2015-2020-ci illərdə "Azfinance İnvestisiya Şirkəti" QSC-də treyder, Müştəri Xidmətləri Departamentinin rəhbəri, 2020-2021-ci illərdə "Mfx-Trading İnvestisiya Şirkəti" ASC-də Daxili bazarda müştərilərə investisiya xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır. 10 ildən çox İnvestisiyalar və Qiymətli kağızlar portfelinin idarə edilməsi üzrə idarəçilik təcrübəsinə malikdir.
T.Cəfərov 2021-ci ildən 2022-ci ilədək CPM-İnvest İnvestisiya Şirkətində Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində çalışmışdır, 2022-ci ildə CPM-İnvest İnvestisiya Şirkətində İcraçı direktorun müavini vəzifəsinə təyin olunmuşdur.