“CPM İnvest İnvestisiya Şirkəti” ASC ən yüksək etik standartlara uyğun fəaliyyət göstərir. Bizim fəaliyyətimiz əməkdaşlara və müştərilərə hörmət göstərməklə yanaşı, fəaliyyət göstərdiyimiz ətraf mühitə də olan hörmət prinsiplərinə əsaslanır. Bu siyasət həm şirkət daxilində, həm də onun xaricində bütün maraqlı tərəflərlə münasibətlərimizi tənzimləyən “CPM İnvest İnvestisiya Şirkəti” ASC-nin Etik Davranış Kodeksinə əsaslanır. Etik Davranış Kodeksi biznes proseslərinin həyata keçirilməsi qaydaları toplusu olmaqla şirkətin əməkdaşları, menecerləri və Müşahidə Şurasının üzvləri üçün nəzərdə tutulub. Bu kodeks, bizimlə qarşılıqlı əlaqədə olan biznes proseslərin kənar iştirakçılarının bizim dürüstlüyümüzə və etibarlılığımıza əmin ola bilməsi üçün “CPM İnvest İnvestisiya Şirkəti” ASC-nin hər bir əməkdaşının davranış qaydalarını tənzimləyir.