Giriş
Bu “Məxfilik siyasəti”ndə “CPM-İnvest İnvestisiya Şirkəti” ASC olaraq təklif etdiyimiz xidmətlərdən
yararlanarkən və ya bu məqsədlə, hər hansı kommunikasiya kanalı vasitəsilə bizimlə əlaqə
saxlayarkən toplanmış məlumatlarınızı qoruma qaydalarımız açıqlanır.
Anlayışlar
• Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən
istənilən məlumat;
• Xüsusi kateqoriyalı fərdi məlumatlar - fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə
həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;
• Fərdi məlumatların toplanılması - şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq
əldə edilməsi;
• Fərdi məlumatların işlənilməsi - fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi
məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması,
adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);
• “CPM-İnvest” ASC, biz, bizə, bizim (və ya bu şəxs əvəzliyinin halları) - “CPM-İnvest
İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti;
• İstifadəçi, Siz (və ya bu şəxs əvəzliyinin halları) - bizim təklif etdiyimiz xidmətlərdən
yararlanan və/və ya yararlanmaq məqsədilə hər hansı kommunikasiya kanalından istifadə
edərək bizə müraciət edən fiziki şəxs;
• Veb-sayt - https://www.cpminvest.az/
• Proqram təminatı - İnvestisiya əməliyyatlarının fərdi identifikasiya əsasında onlayn şəkildə
yerinə yetirilməsini təmin edən, bizə məxsus olan mobil tətbiqetmə. Veb-saytlar və mobil tətbiq
kommunikasiya kanalları adlandırılacaqdır.
Fərdi məlumatların toplanmasına razılıq
Burada bizim kim olduğumuz, necə və nə üçün şəxsi məlumatlarınızı topladığımız, saxladığımız,
istifadə etdiyimiz və paylaşdığımız barədə vacib məlumatlar qeyd olunduğuna görə bu Siyasəti
diqqətlə oxumağınız xahiş olunur.
“Məxfilik siyasəti” kommunikasiya kanalları üzərindən toplanan məlumatlara aiddir. Siz yuxarıda
qeyd edilən hər hansı kommunikasiya kanalını istifadə edərkən, ziyarət edərkən və ya
xidmətlərimizdən yararlanmaq məqsədilə bizə müraciət edərkən öz fərdi məlumatlarınızı daxil
etməklə, investisiya müqavilələrini təsdiq etməklə, eləcə də, şirkətimizin təqdim etdiyi məhsul,
xidmət və tətbiqlərdən istifadə etməklə, həmin məlumatların CPM-İnvest tərəfindən
toplanılmasına və işlənilməsinə icazə vermiş olursunuz.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, biz yalnız Sizin tərəfinizdən
hər hansı kommunikasiya kanalı üzərindən təqdim etdiyiniz fərdi məlumatları toplayır və işləyirik.
Fərdi məlumatları qoruma öhdəliyi
Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri
olduğuna görə bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülür. Tərəfimizdən
toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Sizin fərdi
məlumatlarınız informasiya texnologiyası sistemlərimizdə və ya kağız daşıyıcılarda saxlana bilər.
Elektron xidmətlərimizdən istifadənizi, o cümlədən veb-saytımıza girişinizi mümkün qədər
təhlükəsiz vəziyyətə gətirmək məqsədilə elektron xidmət və məhsullarımız təhlükəsizliklə bağlı
boşluqları və məlum zəiflikləri aşkarlamaq üçün müntəzəm şəkildə yoxlanılır. Daimi olaraq zərərli
proqramların aşkarlanması üçün müvafiq alətlərdən istifadə edirik. Fərdi məlumatlarınız
təhlükəsiz şəbəkələrdə saxlanılır və yalnız bu cür sistemlərə xüsusi giriş hüququ olan və
məlumatın məxfiliyini qorumaqları tələb edilən məhdud sayda insan tərəfindən əlçatandır.
İstifadəçi sifariş yerləşdirdikdə, öz məlumatlarını daxil etdikdə, təqdim etdikdə və ya məlumatlara
giriş etdikdə fərdi məlumatların təhlükəsizliyini qorumaq üçün bir sıra təhlükəsizlik tədbirlərini
həyata keçiririk.
Fərdi məlumatların toplanması
Topladığımız məlumatlara qeyd edilənlərlə məhdudlaşmamaq şərti ilə, aşağıdakılar aid ola bilər:
1. Hesabın açılması üçün müraciət və ya veb-saytlarımızda, yaxud tətbiqlərimizdə qeydiyyat
prosesi zamanı təqdim edilən məlumatlar;
2. İstənilən proqram təminatımızın və ya internet səhifəmizin istifadəsi zamanı təqdim
etdiyiniz məlumatlar (Adınızın, e-poçtunuzun, telefon nömrənizin, loqin adınızın və
şifrənizin, ünvanınızın, ödəniş və ya bank məlumatınızın, doğum tarixiniz ola biləcəyi CPMİnvest hesabınızın yaradılması və ya yenilənməsi);
3. CPM-İnvest vasitəsilə həyata keçirdiyiniz əməliyyatlar (müraciətlər, alğı-satqılar, sifarişlər
və s.) nəticəsində əldə edilən məlumatlar;
4. Qanuni əsaslarla üçüncü tərəflərdən əldə edilən məlumatlar;
5. İnternetdə kuki fayllar vasitəsilə əldə edilən məlumatlar;
6. Siz Xidmətlərimizdən istifadə etdiyiniz zaman biz sorğularınızı emal etmək və telefon
nömrəniz, ünvanınız, e-poçt ünvanınız, ödəniş məlumatlarınız və kredit və ya debet kartı
məlumatlarınız daxil olmaqla (lakin bununla məhdudlaşmayaraq) gələcək əməliyyatlar
üçün formaları avtomatik doldurmaq üçün sizin haqqınızda məlumat toplaya və saxlaya
bilərik;
7. Müştəri dəstəyi üçün CPM-İnvest ilə yazışdığınız zaman;
8. CPM-İnvestin təklif etdiyi forumlar və ya sorğular kimi interaktiv xidmətlərdə, digər sosial
media funksiyalarında və ya ödənişlərdə iştirak etdikdə və s.;
9. Problemlərin aradan qaldırılması üçün problemləri bildirdiyiniz zaman;
10.Xidmətlərimizdən istifadə etmək üçün qeydiyyatdan keçsəniz, biz məkan məlumatlarını,
şəxsiyyət sənədlərinin surətlərini (eyniləşdirmə vasitələrinin) və digər məlumatları (KYC),
zəng və SMS məlumatlarını toplaya bilərik.
Məlumat mənbələri
Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam şəkildə qeyd etməlisiniz. Verdiyiniz
məlumatların doğru və tam olmasına görə Siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya
natamam məlumatların daxil edilməsinə görə biz heç bir məsuliyyət daşımırıq. Yanlış və/və ya
natamam məlumat daxil etməyiniz nəticəsində CPM-İnvest üçün yaranacaq hər cür zərərə görə
siz məsuliyyət daşıyırsınız.
Təmin etdiyiniz fərdi məlumatlarda hər hansı dəyişiklik olduqda Sizinlə olan müqaviləmizdə
göstərilən mövcud kommunikasiya vasitələri ilə CPM-İnvest ilə əlaqə saxlamaqla və ya
qeydiyyatımızda olan hesabınız vasitəsilə
[email protected] elektron poçt ünvanımıza yazaraq
bunu bizə bildirin. Müraciəti sizin etdiyinizdən əmin olduqdan sonra icra etməyə başlayacağıq.
Məlumatların istifadə məqsədləri
Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızın aşağıdakılar daxil olmaqla, lakin bunlarla
məhdudlaşmayan bir sıra məqsədlər üçün istifadə edilməsinə razılıq verirsiniz:
• Fərdi məlumatlarınızı tətbiq olunan qanunla icazə verilən qaydada və tələb olunduğu
• hallarda bu cür xidmətlərin və ya məhsulların təmin edilməsi və digər işgüzar məqsədlər üçün;
• Sizinlə bağlı məlumatı depozitar, birja, klirinq və ya hesablaşma sistemi və ya müvafiq sistemin
digər iştirakçısı, likvidlik təminatçıları, qəyyumlar, vasitəçilər və digər şəxslərlə açıqlamaq və
təmin edə bilmək üçün;
• Bazar araşdırması, təhlil və analitik məqsədlər, eləcə də proses, xidmət və məhsulların
təkmilləşdirilməsi üçün;
• Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün;
• Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsinin, dələduzluq və qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş digər
cinayətlər və (və ya) sui-istifadə hallarının qarşısının alınması və aşkarlanması məqsədi üçün;
• Hər hansı bir qanuni öhdəliklərə (məsələn, vergi, mühasibat və inzibati öhdəliklər) riayət etmək
üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq fərdi məlumatları iddiaların tərtib edilməsi,
müdafiəsi, yaxud mübahisələrin alternativ həlli məqsədilə mediasiya təşkilatları, məhkəmələr,
hüquq-mühafizə orqanları, vəkillər və ya digər şəxslərlə paylaşıla bilməsi üçün;
• İnvestisiya sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı
məsələlər Mərkəzi Bankın yazılı tələbi əsasında həmin orqana, habelə Mərkəzi Bankın
yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcılara təqdim etmək üçün.
Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada
məcburi xarakter daşıdığı hallar istisna olmaqla, fərdi məlumatlarınız yalnız Sizin razılığınızla
və/və ya qanunvericiliklə müəyyən olunmuş hallarda toplanıla, işlənilə və ötürülə bilər.
Qeydiyyatdan keçdiyiniz zaman siz CPM-İnvest tərəfindən elektron məktublar almağa razılıq
vermiş olursunuz. E-poçt seçimlərinizi tətbiq daxilində idarə edə bilər və ya kommersiya xarakterli
e-poçtlarda göstərilən “abunəlikdən çıx” təlimatlarına əməl edərək abunəliyinizi ləğv edə
bilərsiniz.
Məlumatların saxlanması
Fərdi məlumatlarınızı daxili siyasətimizə uyğun olaraq müəyyənləşdirilə bilən formada saxlayırıq.
Fərdi məlumatlarınız qanuni, tənzimləyici və işgüzar tələbləri qarşılamaq üçün lazım olan müddət
ərzində saxlanacaq. Qanunvericiliklə və (və ya) daxili siyasətlə tələb edildiyi halda bu müddət
uzadıla bilər.
Sizin hüquqlarınız
Aşağıdakı hüquqlara maliksiniz:
• Sizin barənizdə fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə
verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının,
işlənilməsinin və üçüncü şəxslərə verilməsinin Sizin üçün hansı hüquqi nəticələrə səbəb
olacağı barədə məlumat almaq;
• Sizin barənizdə toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
• Sizin barənizdə fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini,
üsullarını, fərdi məlumatlarınız ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat
mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
• Sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatlar natamam və ya səhv olduqda
dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, silinməsini və
məhv edilməsini tələb etmək;
• Sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə
məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
• Qanunvericiliklə nəzərdə tutulan digər hüquqlar.
Kukilər
“Kukilər” – vebsayt tərəfindən istifadəçinin cihazının yaddaşına ötürülən və məlumatları saxlamaq
üçün istifadə olunan kiçik fayllardır. Kukilər, vebsaytın önəmli məlumatları yadda saxlamasına və
sizin üçün daha rahat istifadə imkanı yaratmasına kömək edir. Əksər vebsaytlarda olduğu kimi,
proqram təminatı da onlayn təcrübənizi yaxşılaşdırmaq məqsədilə müxtəlif məqsədlər üçün
kukilərdən istifadə edir.
Digər istifadə şərtləri
CPM-İnvest istənilən zaman və əvvəlcədən xəbərdar etmədən hazırkı Siyasətin müddəalarına
əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər
edildikdən sonra Siz müvafiq kommunikasiya kanalının hər hansı biri üzərindən bizə müraciət
etməklə, eləcə də onlardan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz. CPM-İnvest
kommunikasiya kanallarında əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy
göstərəcək. Lakin biz Sizin tərəfinizdən müvafiq kommunikasiya kanalları üzərindən təqdim
edilən/daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermirik. CPM-
İnvest öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, kommunikasiya
kanal(lar)ından istifadə nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç
bir halda məsuliyyət daşımır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa
əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək
hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim
olunmalıdır.
Əlaqə vasitələri
Məxfilik siyasəti ilə bağlı hər hansı sualınız varsa, bizimlə əlaqə saxlayın:
Telefon nömrəsi: (+994 12) 460 70 00
Elektron poçt ünvanı:
[email protected]