“CPM İnvest İnvestisiya Şirkəti” ASC qüvvədə olan müvafiq daxili sənədlər təkmilləşdirilməklə, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müvafiq məlumatların açıqlanması, zəruri məlumatların maraqlı tərəflərə çatdırılması, habelə bu proseslərə nəzarət olunması mexanizmini tənzimləyən və açıqlanmalı olan məlumatların tərkibini müəyyən edən “CPM İnvest İnvestisiya Şirkəti” ASC üzrə məlumatların açıqlanması Siyasəti” (Siyasət) təsdiq edilmişdir. Siyasətin əsas prinsipləri, onun fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi, biznes tərəfdaşlarının, digər qarşı tərəflərin, habelə hakimiyyət orqanlarının qarşısında etibarın artırılması, “CPM İnvest İnvestisiya Şirkəti” ASC-ya dair müəyyən edilmiş məlumatlardan aidiyyəti şəxslərin xəbərdar olması, hər bir kəsə müəyyən edilmiş məlumatları əldə etmək üçün bərabər imkanların yaradılması, Cəmiyyət barədə qeyri-dəqiq məlumatların mövcudluğunun aradan qaldırılması, Cəmiyyətə və onun idarəetmə orqanına etimadın artırılması və nüfuzunun yüksəldilməsindən ibarətdir.
Siyasətə əsasən “CPM İnvest İnvestisiya Şirkəti” ASC qanunvericiliyə uyğun olaraq açıqlanmalı olan, habelə özünün bildiyi məlumatları rəsmi internet səhifəsində və ya digər şəkildə açıqlayaraq apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.