Anderrayting
Bu xidmət asan üsulla maliyyələşmənin həllidir.
Siz İstiqraz emissiya etməklə aşağı faizlə pul cəlb edə və biznesinizi böyüdə bilərsiniz.
İstiqraz buraxılışının üstünlükləri
• Borclanma şərtlərini özünüz təyin edirsiniz
Borclanma dərəcəsini, borcun qaytarılma şərtlərini, investorların növü emitent şirkət tərəfindən müəyyənləşdirilir.
• İdarəçilikdə dəyişiklik olmur
İstiqraz alıcıları sizin səhmdarlarınız deyil, kreditorlarınız olur.
• Girovla borc vəsait cəlbi imkanı
Daşınmaz əmlak, qiymətli kağızlar, daşınar əmlakı girov qoymaqla təminatlı istiqraz buraxmaq imkanınız olur.
• Kredit təzyiqinin azaldılması
Bir deyil, bir neçə şəxsə borclanmağınız kredit təzyiqini azaldır
• Kredit ilə müqayisədə daha ucuz borclanma vasitəsi
Bank faizləri ilə müqayisadə daha ucuzdur.
İstiqrazların buraxılış üsulları
İstiqrazlar iki üsulla yerləşdirilir:
• Kütləvi təklif üsulu ilə
• Qapalı təklif üsulu ilə
Kütləvi Təklif üsulu ilə Yerləşdirmə
• İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir.
• İstiqrazların kütləvi təklifi birja vasitəsilə həyata keçirilir və birjanın müvafiq bazarında listinq olunur.
• Kütləvi yerləşdirmə emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunur.
• İstiqrazların kütləvi təklifi hərrac və abunə yazılışı üsulu ilə həyata keçirilə bilər. Abunə yazılışı müddəti 3 aydan çox ola bilməz. Abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində emitent istiqrazların yerləşdirilməsinə başlamalıdır və istiqrazlar 7 iş günü ərzində yerləşdirilməlidir.
Qapalı Yerləşdirmə
İstiqrazların qapalı yerləşdirilməsi istiqrazları 50 nəfərdən az şəxsə təklif etməklə və ya istiqrazların buraxılışı haqqında qərarda istiqrazları əldə edəcək investorları göstərməklə həyata keçirilir.
Qapalı yerləşdirilmə birjada və birjadankənar olaraq həyata keçirilir.
Emissiya prospekti ilə müşayiət olunmur.