Strateji baxışımız
Potensial investorları ölkənin fond bazarına cəlb etmək və Azərbaycan Respublikasının
iqtisadiyyatına sərmayə qoymaqda aparıcı şirkət olmaq. Ölkənin bütün regionlarının
potensialından geniş istifadə etmək.
Missiyamız
İqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi və investisiya
layihələrinin hərtərəfli dəstəklənməsi yolu ilə Azərbaycan Respublikasının davamlı
sosial-iqtisadi inkişafına təsir etmək.
Dəyərlərimiz
Qlobal təcrübə – Biznesimizin əsasında dürüstlük, keyfiyyət, əməkdaşlıq və
yenilikçilik prinsipləri dayanır. Qlobal təcrübə və innovasiyanı birləşdirərək,
investorlarımıza əlverişli imkanlar təqdim edirik. Müştərilərə şəffaf və dürüst yanaşır,
yüksək standartlara riayət edirik. Əməkdaşlıq və etimad üzərində qurduğumuz
münasibətlər müştərilərimizlə uzunmüddətli tərəfdaşlıqlar yaradır. Gəlirliliyi
müştərilərimizin loyallığı və strateji həllərlə artırırıq. Uğurumuz müştəri
məmnuniyyətinə əsaslanır.
Bilik – Biz müştərilər, tərəfdaşlar və təchizatçılarla əməkdaşlıq edərək qarşılıqlı
maraqlar çərçivəsində inkişafı və etimadı əsas tuturuq. Məlumatların uzunmüddətli
toplanması və təhlili ilə bazar tendensiyalarını izləyir və investisiya üçün perspektivli
istiqamətləri müəyyən edirik.
İnsan kapitalı – Komandamız Şirkətin məqsədlərinə çatması üçün əsas bacarıq və
ixtisaslarını daim təkmilləşdirən, çətinlikləri artım fürsəti kimi dəyərləndirən
peşəkarlardan ibarətdir. Komandamız müştəri təcrübəsini təkmilləşdirmək, onların
problemlərini anlayaraq əsaslı həll yolları tapmaq üçün məsuliyyət götürür. Biz iş
mühitinin, eləcə də idarəetmə tərzinin yaxşılaşdırılması ilə peşəkar liderlər üçün ən
arzuolunan işəgötürən olmağı hədəfləyirik.
Strateji hədəflər
● Kommunikasiya siyasətini təkmilləşdirərək investorlarla açıq məlumat mübadiləsi
aparmaq və etibarlı tərəfdaş imicini formalaşdırmaq istiqamətində tədbirlər
həyata keçirmək
● Proqram təminatı vasitəsilə investorların əməliyyatlarının şəffaf və dəqiq uçotunu
təmin etmək, statistik məlumatları düzgün əks etdirmək və investisiya
sənədlərinə əlçatanlığı artırmaq. Proqram təminatından istifadə edilməsində
funksionallığı və səmərəliliyi artırmaq
● Korporativ strukturu beynəlxalq standartlara uyğun formalaşdırmaq və
idarəetmənin şəffaflığını artırmaq
● Yüksək ixtisaslı kadrların cəlb edilməsi və saxlanılması üçün vahid kadr siyasətini
formalaşdıraraq insan kapitalına yatırımları maksimum dəyərə çevirmək. Peşəkar
inkişaf və şəffaf mükafatlandırma siyasətini bu strategiyanın əsas prinsipinə
çevirmək
● Səmərəlilik, risklərin idarə edilməsi və likvidliyin qorunması prinsiplərini rəhbər
tutaraq, xərclərin optimallaşdırılması, idarəetmə hesabatlarının təkmilləşdirilməsi
və pul vəsaitlərinin effektiv idarə edilməsi istiqamətində tədbirləri həyata keçirmək