Audit Komitəsi | Səfərov Toğrul İlyas oğlu (sədr) Bağırov Qədir Nadir oğlu (üzv) Əliyeva Kəmalə Əhmədağa qızı (üzv) |
---|---|
Audit Komitəsinin vəzifələri | İnvestisiya Şirkətinin uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət etmək; İnvestisiya Şirkətinin maliyyə hesabatlarının şəffaflığına, tamlığına, investisiya şirkətinin fəaliyyətinin qanunvericiliyə və “İnvestisiya şirkətlərində korporativ idarəetmə” Standartlarının tələblərinə, habelə investisiya şirkətinin daxili qaydalarına uyğunluğunun təmin edilməsinə nəzarət etmək; İnvestisiya Şirkətində daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirmək; Daxili audit planlarını təsdiq edildikdən sonra Mərkəzi Banka təqdim etmək; Kənar auditordan audit zamanı aşkar olunan mühüm nöqsanlar, faktlar və hadisələr haqqında məlumatların Komitəyə dərhal verilməsini tələb etmək. |
Risk və Korporativ İdarəetmə Komitəsi | İsmayılov Xəyal Vahid oğlu (sədr) Bağırov Qədir Nadir oğlu (üzv) Mənsimova Fatimə Kamal qızı (üzv) |
Risk və korporativ idarəetmə komitəsinin vəzifələri | İnvestisiya Şirkətinin təşkilati və idarəetmə strukturunun qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, uyğunsuzluqlar və səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırmaq, eləcə də onların aradan qaldırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər vermək; Korporativ idarəetmə ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər vermək; İnvestisiya Şirkətinin korporativ idarə edilməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını, adekvatlığını və əlçatanlığını təmin etmək; İnvestisiya Şirkətində idarəetmənin effektivliyinin artırılması, risklərin idarə edilməsi və risklərə nəzarətin gücləndirilməsi sahəsində fəaliyyət göstərmək; İnvestisiya Şirkətinin risklərin idarə edilməsi üzrə strategiya və siyasətini müəyyən etmək, risklərin aşkarlanması və qiymətləndirilməsi üzrə müvafiq metod və vasitələri seçmək, onların reallaşması tezliyini müəyyən etmək, aşkar olunan və qəbul olunan risklərin onların idarə edilməsi üzrə strategiya və siyasətə uyğunluğunun monitorinqini həyata keçirmək; Müxtəlif növ risklər üzrə limitlərə baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək, Müşahidə Şurasına İnvestisiya Şirkətinin vaxtaşırı məruz qaldığı risklərin vəziyyəti barədə, risklərin idarə edilməsi sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi barədə hesabatı təqdim etmək; Qanunvericilik və İnvestisiya Şirkətinin daxili qaydalarından irəli gələn digər vəzifələri icra etmək. |