Silk Vey Vest Aviaşirkəti 50 milyon dollarlıq istiqraz buraxır

Silk Vey Vest Aviaşirkəti 50 milyon dollarlıq istiqraz buraxır

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, cəmi sayı 50 min ədəd, təklif olunan illik faiz dərəcəsi (gəlirlilik) 5%, tədavül müddəti 3 ildir. Kupon faizlərinin ödəniş müddəti hər 3 təqvim ayından bir olacaqdır.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.