“CPM-İnvest İnvestisiya Şirkəti" ASC və Milli Depozit Mərkəzi "Ümid Yeri" uşaq sığınacağını ziyarət edib

“CPM-İnvest İnvestisiya Şirkəti" ASC və Milli Depozit Mərkəzi "Ümid Yeri" uşaq sığınacağını ziyarət edib

“CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi korporativ sosial məsuliyyət çərçivəsində Xəzər rayonunda yerləşən “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər.
Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə yenidən qurulan sığınacaq valideyn himayəsindən məhrum uşaqların təlim-tərbiyəsi və sosial adaptasiyası istiqamətində mühüm rol oynayır.
“CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin rəhbər heyəti və əməkdaşları sığınacağın fəaliyyəti ilə tanış olub, uşaqlarla görüşərək onlara hədiyyələr təqdim ediblər. Uşaqlar da qonaqlar üçün rəngarəng bədii proqram hazırlayıblar.
Təşəbbüs hər iki qurumun sosial məsuliyyətə sadiqliyini göstərmək prinsipini bir daha nümayiş etdirib. Qeyd edək ki, "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”na uyğun olaraq qurum tərəfindən müxtəlif korporativ sosial məsuliyyət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

“CPM-İnvest İnvestisiya Şirkəti

“CPM-İnvest İnvestisiya Şirkəti

“CPM-İnvest İnvestisiya Şirkəti

“CPM-İnvest İnvestisiya Şirkəti