25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 30.07.2025-ci il tarixində başlayıb, 12.08.2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 (on) iş günü ərzində aparılacaqdır.
Qiymətli kağızların abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14.08.2025-ci il tarixində başlanılacaq.
Hazırkı buraxılış üzrə bir investor tərəfindən istiqrazlar üzrə təklifin(sifarişin) minimum həcmi 10,000(on min) Azərbaycan manatı dəyərində müəyyən edilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | "PAŞA BANK" ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006006624 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə Yazılışı |
| İstiqrazların sayı | 40,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 40,000,000 manat |
| İllik gəlirlilik faizi | 10.5% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 12 ay |
| Ticarət tarixi | 14.08.2025 |