Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 100 milyon ABŞ dolları, tədavül müddəti 5 il, illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazları məhdudiyyət olmadan həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biri olmaqla, ötən ilin mənfəəti üzrə rekord göstəricilərə nail olub.
İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar CPM-İnvest İnvestisiya Şirkətinə müraciət edə bilərlər.